» » UEFA-dan ağır cəza

UEFA-dan ağır cəza tətbiq edildi

Bölmə: Dünya, Idman
UEFA İntizam heyəti Türkiyənin "Bursaspor" klubuna ağır cəza verib.
UEFA-dan ağır cəza
Xalqinfo.az in məlumatına görə, qurum Türkiyə təmsilçisini 1 il Avropa kuboklarından məhrum edib. UEFA-dan bildirilib ki, Beynəlxalq İdman Arbitraj Məhkəməsinin (CAS) 2012-ci ildə təxirə salınan qərarı qüvvəyə minib.

Cəza qərarı "Bursaspor"un, 2015/16, 2016/17, 2017/18 və ya 2018/19 mövsümündə Avropa kuboklarına qatılmağa haqq qazanacağı təqdirdə tətbiq olunacaq.

UEFA, həmçinin "Bursaspor"un 30 sentyabr 2014-cü il tarixinə qədər təsbit edilən vaxtı keçmiş borclarını 31 yanvar 2015-ci il tarixinə qədər bağlamadığı tövsiyyə edib. Əks təqdirdə klub növbəti 4 mövsümdə daha 1 illik Avropa kuboklardan məhrum ediləcək.

Bununla yanaşı UEFA Maliyyə Nəzarət Heyəti (CFCB) Bursaspora 100 min avro pul cəzası da verib. Bu cəzanın yarısı klubun vaxtı keçmiş borclarını bağladığını təsbit edənə qədər təxirə salınıb.

Xatırladaq ki, Beynəlxalq İdman Arbitaj Məhkəməsi "Bursaspor"a Zambiyalı futbolçu Mbesumanın pulunu gec ödədiyi üçün cəza kəsmişdi. Sonradan bu qərar CAS tərəfindən təxirə salınmışdı.
Mənbə
ANS PRESS

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler