» » İŞİD vəhşiliyi ilə bağlı HESABAT:

İŞİD vəhşiliyi ilə bağlı HESABAT: "Bizə rəqqas paltarı geydirmək istədilər"

Bölmə: Dünya
İŞİD vəhşiliyi ilə bağlı HESABAT: Beynəlxalq Əfv Təşkilatı İŞİD terrorçu qruplaşmasının qaçıraraq cinsi istismara məruz qoyduğu qadınalarla bağlı “Cəhənnəmdən qaçış” adlı hesabat hazırlayıb.
Modern.az saytının məlumatına görə hesabatda bildirilir ki, əsasən, yezidi qadınlar İŞİD terrorçularının cinsi istəklərinin qurbanı olublar. Hesabatda o da bildirilib ki, çoxlu sayda yezidi qadın yaşadığı sarsıntılar səbəbindən intihar edib.

“Cəhənnəmdən qaçış” adlı sənəddə göstərilib ki, İŞİD girov saxladıqları yezidi qadınlara müxtəlif cür işgəncələr verib.

Hesabatda İŞİD-in əlindən qaçan qadının da söylədikləri yer alıb. Vafa şərti adı ilə təqdim olunan 27 yaşlı qadın bildirib: “Boğazımıza şərflərimizi doladıq, var gücümüzlə onu çəkib özümüzü boğmaq istədik. Amma bu hərəkətimdən özüm huşumu itirmişəm. Bu hadisədən sonra bir neçə gün danışa bilmədim. Bir çox qadın hədiyyə olaraq və ya satılaraq İŞİD-çilərə və onları dəstəkləyənlərə verilirdi”.

İŞİD-in qurbanı olan daha bir qadın isə belə deyib: “Bir gün biz çiməndən sonra İŞİD-çilər bizə dedi ki, rəqqas paltarı geyinək. Jilan adlı qadın bunu eşidib özünü hamamda öldürdü. Biləklərini kəsdi və özünü asdı. Çox gözəl qız idi. O bilirdi ki, kimsə onu ələ keçirəcək. Buna görə də özünü öldürdü”.

İŞİD vəhşiliyinin qurbanı olan 16 yaşındakı Randa şərti adı ilə danışan qız da gördüyü qeyri-insani hərəkətlərlə bağlı təəssüratlarını bölüşüb: “Məni İŞİD-ə ya satmışdılar, ya da hədiyyə olaraq vermişdilər. İŞİD yaraqlıları məni zorladılar.

Onların mənə və ailəmə etdiyi işgəncələr çox dəhşətli idi. İŞİD həyatımızı məhv etdi. Ailəmi bundan sonra görə biləcəyim sual altındadır. İŞİD-in “Girovları və kölələri almaqla bağlı məsələlər və qeydlər” adlı broşüralarda göstərilir ki, yetkinlik yaşına çatmayan qızlarla cinsi əlaqəyə girmək olar”.

İraqın Kürd Muxtariyyəti isə bildirib ki, 3 min 500-dən artıq yezidi və uşaq itkin siyahısındadır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler