Kadırov: “Putinə prezident kimi hörmət etmirəm”

Bölmə: Dünya
Kadırov:“İndiki döyüşçüləri sağaltmaq olmaz, onları yalnız məhv etmək olar”.

publika.az-ın verdiyi xəbərə görə, bu sözləri Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırov “İzvestiya” nəşrinə müsahibəsində bildirib.

“Bugünkü döyüşçülər yolundan azıblar, onlar xəstədirlər. Onlar islama, öz xalqına və qanunlara qarşı olan yolu qəbul ediblər. Onlar amansızcasına cəzalandırılacaqlar. Düşünürəm ki, bu, 1999-2000-ci illərdən daha sərt olacaq”, - o deyib.

Xatırladaq ki, dekabrın 18-də Rusiya prezidenti Vladimir Putin jurnalist Ksenya Sobçakın "Çeçenistan prezidenti Ramzan Kadırovun bu ölkədə terrorçuların qohumlarının da cəzalandırılacağı ilə bağlı bəyanatına münasibətiniz necədir" sualına cavab verərkən Kadırova xəbərdarlıq edib. “Hamı Rusiya qanunlarına əməl etməlidir. Məhkəmə qərarı olmadan heç kim cəzalandırıla bilməz. Qroznıda 14 polisin qətlindən sonra Ramzan Kadırovun emosiyalarını anlayırıq. Amma hesab edirik ki, emosiyaları bu şəkildə ifadə etmək hüquqlarına malik deyil”, - Putin vurğulayıb.

Çeçenistan prezidenti paytaxt Qroznıda 4 dekabr terror aktından sonra döyüşçülərin ailələrini Çeçenistandan çıxaracağına və evlərini dağıdacağına söz verib.

“Bizim Putinlə kişi münasibətlərimiz var. Mən ilk növbədə hətta ona prezident kimi hörmət etmirəm, bir kişi və vətənpərvər kimi hörmət edirəm”, - Çeçenistan Respublikasının prezidenti “İsvestiya” nəşrinə bildirib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler