» » Lavrovdan ABŞ-a:

Lavrovdan ABŞ-a: “Münasibətlərimiz qırılacaq”

Bölmə: Dünya
Lavrovdan ABŞ-a:Barak Obama tərəfindən imzalanmış qanun layihəsi ABŞ-ın Rusiya ilə münasibətlərini sarsıda bilər.

axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov söyləyib.

O, ABŞ Dövlət katibi Con Kerri ilə telefon söhbətində Barak Obama tərəfindən imzalanmış Ukraynanın azadlığına dəstək haqqında qanunun Moskva və Vaşinqton arasındakı normal qarşılıqlı münasibətləri uzunmüddətli sarsıda biləcəyini deyib.

Xatırladaq ki, bu vaxta qədər Barak Obama Ukraynaya hərbi yardım üçün nəzərdə tutulan aktı imzalamağı gecikdirirdi. Aktda digər bir məqam məhz Rusiyaya qarşı yeni sanksiyaların həyata keçirilməsidir. Layihənin məhz bu hissəsi Obamada müəyyən tərəddüdlər yaratdığından, o, “Ukraynaya dəstək aktı”nı imzalamaqdan yayınırdı. 16 dekabrda Obamanın qanunu imzalayacağı təsdiqləndi. Dünən isə ABŞ Prezidenti Barak Obama Rusiyaya yeni sanksiyalar tətbiq edən, o cümlədən Ukraynaya yardım məqsədilə silah verilməsini təmin edən qanun layihəsini təsdiq edən akta imza atdı. Akta imza atmasına baxmayaraq, ABŞ prezidenti Rusiyaya qarşı hələ sanksiyaların tətbiq edilməsinin gərəkli olmadığını deyib.

Bu siyasətin davamı olaraq Vaşinqton Avropa Birliyinin dünən Rusiyaya qarşı qəbul etdiyi sanksiyalar paketinə qoşulmayacağını, amma Brüsellə bundan sonra əməkdaşlığını davam edəcəyini rəsmən bəyan edib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler