» » ABŞ prezidenti Kubaya gedəcək -

ABŞ prezidenti Kubaya gedəcək - ŞOK

Bölmə: Dünya
ABŞ prezidenti Kubaya gedəcək - “Prezidentlik müddətim başa çatanadək Kubaya rəsmi səfər edəcəm”.

Xalqinfo.az aznews.az-a istinadən xəbər verir ki, bu sözləri ABŞ prezidenti Barak Obama ABC telekanalına müsahibə verərkən deyib.

Barak Obama səfərin dəqiq tarixi haqda heç nə deməyib.

“Mən 2009-cu ildən Kuba həbsxanasında yatan və azad edilərək dünən ABŞ-a qayıdan Alan Qrossla telefonla danışdım. Səmimi söhbətimiz alındı. O, ailəsinə qovuşduğu üçün çox xoşbəxt olduğunu dedi”, - deyə ABŞ prezidenti bildirib.

Obamanın Kubaya planlaşdırılan səfəri barədə Ağ Evin rəsmi nümayəndəsi Coş Ernest də məlumat verib.

Qeyd edək ki, Vaşinqtonla rəsmi Havananın diplomatik əlaqələri 1961-ci ildə kəsilib.
ABŞ prezidentinin Kubaya son səfəri isə 1928-ci ildə prezident Kelvin Kulidc tərəfindən reallaşdırılıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler