» » Putin "Krım gözəlçəsi"ni necə

Putin "Krım gözəlçəsi"ni necə - təltif etdi ?

Bölmə: Dünya
Putin "Krım gözəlçəsi"ni necə
"Krım prokuroru Natalya Poklonskaya gələcəkdə general olacaq".

XALQİNFO.AZ ANS PRESS-ə istinadən bildirir ki, bu barədə Krımın baş naziri Serqey Aksyonov söyləyib. O bildirib ki, Natalya Krımın markasıdır və onu var gücümüzlə dəstəkləyəcəyik.

Baş nazirinin sözlərinə görə, Krımın Ukrayna dövlət quruluşundan Rusiyaya keçidi zamanı bəzi potensial namizədlər Respublika Prokurorluğunun rəhbərliyi tərəfindən onlara təklif olunan vəzifədən imtina etdilər:

"Biz üç gün ərzində altı potensial prokuroru əvəz etdik. Poklonskaya Ukraynada çalışmaq istəyirdi. Sonradan məlum olub ki, ona verilən vədlər yalan çıxıb. Bizə gəlib prokuror kimi çalışmaq istədiyini qeyd etdi. Biz isə ona razılıq verdik. İndi harada belə cavan və gözəl qadın prokuror var?"

Krımın baş naziri Natalya Poklonskayanın ailə həyatı ilə bağlı yayılan söz-söhbətlərə isə münasibət bildirmək istəməyib. O qeyd edib ki, Natalya öz vəzifəsində çalışaraq daha böyük uğurlar əldə etmək niyyətindədir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler