» » Rusiyada "Instagram" bağlanır

Rusiyada "Instagram" bağlanır

Bölmə: Dünya, BLOK XƏBƏR
  Rusiyada "Instagram" bağlanır
"Roskomnadzor" ruslara, o cümlədən hərbi qulluqçulara qarşı zorakılıq hərəkətləri etmək çağırışlarının yayılması ilə əlaqədar "Instagram" sosial şəbəkəsinə girişi məhdudlaşdırmaq qərarına gəlib.

"Report" xəbər verir ki, bu barədə idarənin saytında məlumat verilib.

“Rusiya Baş Prokurorluğunun tələbi əsasında “Instagram” sosial şəbəkəsinə giriş məhdudlaşdırılacaq”, - Roskomnadzor bildirib.

***

“Instagram” Rusiyada martın 14-də bloklanacaq.

Roskomnadzor "Instagram"a girişin məhdudlaşdırılmasını martın 14-də başa çatdıracaq.

APA-nın xəbərinə görə, bu barədə qurumun Telegram hesabında məlumat verilib.

Qeyd olunub ki, İnstagrama giriş 14 mart saat 00.00-da tam bloklanacaq. İstifadəçilər sözügedən tarixədək şəxsi məlumatlarını başqa şəbəkəyə daşıya bilərlər.


Şərh Yaz