Yaponiyalı seysmoloqlar yeni mümkün güclü zəlzələlər barədə xəbərdarlıq edibBölmə: Dünya
![]() Gələn həftə Yaponiyada yeni güclü zəlzələlər baş verə bilər. “Report” TASS-a istinadən xəbər verir ki, Yaponiyanın Milli Meteologiya İdarəsi ölkənin cənub-qərbində baş vermiş 6,6 bal gücündə zəlzələdən sonra bu açıqlama ilə çıxış edib. Ən güclü zəlzələnin yaxın 2-3 gün ərzində başvermə ehtimalı var. Xatırladaq ki, Yaponiyanın cənub-qərbində baş vermiş zəlzələ nəticəsində 10-dan çox insan zərər çəkib. |
|