» » Bu ölkə də azərbaycanlılar üçün sərhədləri açır

Bu ölkə də azərbaycanlılar üçün sərhədləri açır

Bölmə: Dünya, BLOK XƏBƏR
Bu ölkə də azərbaycanlılar üçün sərhədləri açır
Finlandiya hökuməti pandemiya ilə əlaqədar ölkəyə girişə qoyulan qadağanı altı ölkənin vətəndaşları üçün ləğv edib.

"Qafqazinfo" xəbər verir ki, bu qərar Avropa İttifaqı Şurasının həmin ölkələrdə koronavirusla bağlı vəziyyətin təhlükəsiz hesab edilməsi ilə bağlı tövsiyələrinə uyğun olaraq qəbul edilib.

İyulun 12-dən başlayaraq azərbaycanlılarla yanaşı, Bosniya və Herseqovina, Bruney, Kosovo, Moldova və Serbiya vətəndaşları da Finlandiyanı ziyarət edə biləcəklər.
Bundan əvvəl Finlandiyanın hakimiyyət orqanları Albaniya, Avstraliya, Cənubi Koreya, Honkonq, İsrail, Yaponiya, Makao, Şimali Makedoniya, Sinqapur, Tayvan, Yeni Zelandiya sakinlərinin ölkəyə girişi üçün məhdudiyyətləri aradan qaldırıb.

Öz növbəsində, digər ölkələrin vətəndaşlarının Finlandiyaya girişinə qoyulan qadağanın müddəti avqustun 22-dək uzadılıb.

Qeyd edək ki, bundan əvvəl İsveç də öz sərhədlərini Azərbaycan vətəndaşları üçün açıq elan edib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler