» » Böhranda qaynar saatlar: Qiyamçı general Liviyadan getdi – Gizli plan

Böhranda qaynar saatlar: Qiyamçı general Liviyadan getdi – Gizli plan

Bölmə: Dünya, BLOK XƏBƏR
Böhranda qaynar saatlar: Qiyamçı general Liviyadan getdi – Gizli plan





Berlində keçiriləcək beynəlxalq konfransa saatlar qalmış qiyamçı Liviya Milli Ordusunun lideri, general Xəlifə Haftarın Yunanıstan hökuməti ilə görüşmək üçün Afinaya getdiyi açıqlanıb.

Xalqinfo.az xəbər verir ki, səfər çərçivəsində bu gün Haftarın Yunanıstan Baş naziri Kiriakos Miçotakis və xarici işlər naziri Nikos Dendiasla görüşəcəyi bildirilib.

Məlumatda qiyamçı generalın Afinaya gizli olaraq öz xüsusi təyyarəsi ilə gəldiyi, təhlükəsizlik səbəbindən səfərin - gəliş və gediş tarixinin gizli saxlanıldığı qeyd edilib.

Səfərdə yunan rəsmilərlə hansı məsələlərin müzakirə ediləcəyi məlum deyil.

Əlavə edək ki, Türkiyə və Rusiya prezidentlərinin təşəbbüsü ilə Moskvada keçirilən görüşdə Liviya Sülh Hökumətinin Baş naziri




Fəyaz Sərracla atəşkəs sazişi imzalamaqdan imtina edib. Lakin bundan sonra Almaniya Kansleri Angela Merkel generalın fikrini dəyişərək, atəşkəs sazişi imzalamaq təklifini qəbul etdiyini açıqlayıb.

Sözügedən sazişin yanvarın 19-da Berlində keçiriləcək beynəlxalq konfransda imzalanacağı gözlənilir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler