» » “Öldürülən general İranın prezidenti seçilə bilərdi”

“Öldürülən general İranın prezidenti seçilə bilərdi”

Bölmə: Dünya
“Öldürülən general İranın prezidenti seçilə bilərdi”



"İranın əfsanəvi generalı, İnqilab Keşikçiləri Korpusunun xüsusi təyinatlı “Əl-Qüds” briqadasının komandiri, Qasım Süleymaninin Bağdadda öldürülməsi bölgədə vəziyyəti gərginləşdirəcək".



Bunu Modern.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu İran generalı Qasım Süleymaninin ABŞ hərbi hava qüvvələri tərəfindən öldürülməsinə münasibət bildirərkən deyib.



"3 gün əvvəl də bildirmişdim ki, Amerika ilə İran İraq ərazisində savaşır. Amerika İraqda İranın dəstəklədiyi Hizbullahın mövqelərini bombaladı, ardından Amerikanın Bağdaddakı səfirliyinə hücum təşkil edildi. Vaşqinqton səfirliyə hücumun arxasında İranın dayandığını iddia edir. Məsələ burasındadır ki, bir müddət əvvəl də İranın İraqdakı konsulluğuna hücum edilmişdi. İran da konsulluğua hücumun arxasında Amerikanın dayandığını iddia etdi. Amerika elə Süleymanini də məhz ona görə Bağdadda raket zərbəsi ilə öldürdü ki, hamıya göstərsin ki, elə Amerika səfirliyinə hücumun planını Bağdadda olan Süleymani planlaşdırıb. Süleymani həqiqətən İranın İraq və Suriyadakı hərbi birləşmələrini və silahlı tərəfdar qruplarını idarə edirdi".



E.Şahinoğlu hadisəyə görə, İranın atacağı addımlar barədə də danışıb:



"Tehran inqtiqam sözü verir. Terror savaşı başlaya bilər. İranın Amerikaya birbaşa əli çatmır. Ancaq Tehran İraqda, Livanda və ya hansısa digər ərəb ölkəsində tərəfdarları vasitəsilə Amerikanın məntəqəsinə hücum təşkil edə bilər. Qasim Süleymani İran üçün böyük fiqur idi. O birbaşa İranın dini liderinə bağlı general idi. Hətta deyilirdi ki, Süleymani hərbi mundirini nə zamansa siyasətçi qiyafəsinə dəyişsə asanlıqla İranın prezidenti seçilə bilərdi. Belə bir firuqurun öldürülməsini Tehran cavabsız qoymayacaq. Ancaq mümkün cavabı da Amerika cavabsız qoymayacaq və beləcə bölgədə nələrin baş verəcəyini proqnozlaşdırmaq çətin deyil. Amerika Süleymanini öldürməklə Tehrana mesaj yolladı ki, İraqda və Suriyada hərbi birləşmələriniz hədəfimizdədir. Növbəti gedişi İran edəcək".



Politoloq hesab edir ki, Azərbaycanda təhlükəsəzilik tədbirlərini gücləndirməyə ehtiyac var:



"Bizim həm İranla, həm də Amerika ilə yaxşı münasibətlərimiz var. Ancaq əgər bu iki ölkə bir-birlərinə qarşı fərqli məkanlarda savaşa başlayıblarsa, bu ətrafa da sıçraya bilər".

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler