» » Türkiyə Rusiya qazının alışını artıracaq

Türkiyə Rusiya qazının alışını artıracaq

Bölmə: Dünya
Türkiyə Rusiya qazının alışını artıracaq"Türkiyə gələn il yanvarın 1-dən Rusiya qazının alışını artıracaq"
Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız deyib.

Onun sözlərinə görə, hazırda Ankara Rusiyadan Türkiyəyə tədarük ediləcək qazın həcmini müəyyənləşdirir.

Qeyd edək ki, T.Yıldız ötən gün bəyan etmişdi ki, Aİ-nin Rusiyaya qarşı sanksiyalarına baxmayaraq, Ankara bu ölkə ilə əməkdaşlıq edəcək.

Rusiya Türkiyəyə təbii qazın əsas tədarükçüsüdür. Ötən il Türkiyəyə 26,7 milyard kubmetr Rusiya qazı tədarük edilmişdi. Bu il həcmin 30 milyard kubmetrə çatdırılması planlaşdırılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler