» » Tarixi qərardan sonra Trampın taleyi necə olacaq?

Tarixi qərardan sonra Trampın taleyi necə olacaq?

Bölmə: Dünya, BLOK XƏBƏR, MANŞET
Tarixi qərardan sonra Trampın taleyi necə olacaq?
Xəbər verdiyimiz kimi, ABŞ Konqresinin Nümayəndələr Palatası Prezident Donald Trampın impiçmenti üzrə iki maddəyə (“Səlahiyyətləri aşma” və “Konqresin işinə mane olma”) səs verib. Bununla da Tramp ABŞ tarixində barəsində impiçment (yüksək vəzifəli şəxsi məsuliyyətə cəlbetməyin yolu) elan edilən üçüncü prezident olub.

Xalqinfo”nun məlumatına görə, səsvermənin nəticələrinə əsasən, Nümayəndələr Palatası üzvlərinin yarıdan çoxu hər iki maddənin lehinə səs verib.

İmza atma, vəzifə səlahiyyətlərindən sui-istifadə üzrə 230-197, ikinci ittiham - Konqresə mane olmağa görə isə 229-198 say nisbəti ilə səs verilib.

Nümayəndələr Palatasında səsvermədən əvvəl müzakirələr altı saatdan çox davam edib.

Tarixi qərardan sonra Trampın taleyi necə olacaq?

“Prezident Tramp səlahiyyətlərindən sui-istifadə etdi, andını pozdu və dövlətimizə xəyanət etdi. Bu, ölkəmiz üçün təntənəli məqamdır. ABŞ-da heç kim qanundan üstün deyil - hətta prezident...”, - deyə ABŞ-ın keçmiş vitse-prezidenti Co Bayden öz tvitter mikrobloqunda yazıb.

Öz növbəsində, İndianadakı Saut- Bend şəhərinin meri Pit Butticiç səsvermədə Konqresin “öz maraqlarını Amerikanın maraqlarından üstün tutan” Prezidentdən qanunun aliliyini, ABŞ-ın milli təhlükəsizliyini və demokratiyanı müdafiə etməsinin lazım olduğunu qeyd edib: “Bu prezidentin vəzifədən getməsindən sonra gələcək bir dövrdür. Dağıntıları toplamaq və ölkəmizi irəliyə aparmaq üçün hər zamankındən daha çox rəhbərliyə ehtiyacımız var”.

İndi 2020-ci il yanvarın 20-də ABŞ Senatında Trampın həqiqətən vəzifəsindən uzaqlaşdırılacağına qərar veriləcəyi gözlənilir.

Belə hallarda Nümayəndələr Palatasındakı səsvermədən sonra qərar Senata göndərilir, ABŞ Prezidentinin taleyini bu qurum həll edir. Konstitusiyaya görə, Konqresin impiçment haqqında qərarı imtiyazlı satusa malikdir, yuxarı palata bütün digər müzakirələri durdurub bu qərara münasibət bildirməlidir.

Konstitusiyaya görə, Senat Konqresin təsdiq etdiyi ittihamları araşdırmalı, senatorlar bu prosesdə Andlılar Məhkəməsinin üzvləri rolunu oynamalıdırlar. Eyni zamanda, Nümayəndələr Palatasının spikeri Nensi Pelosi ittiham tərəfini prokurorlar və şahidlər qismində təmsil edəcək adamları təyin etməlidir. Ağ Evsə prosesə öz vəkillərini göndərmək hüququna malikdir. Prosesin sonunda səsvermə keçirilir: prezidentin vəzifədən kənarlaşdırılması üçün senatorların üçdə ikisinin səsi lazımdır.

İndi ABŞ Senatındakı üzvlərin əksəriyyət respublikaçılardan ibarətdir, buna görə çox güman ki, bu mərhələdə prezidentin hakimiyyətdən uzaqlaşdırılması proseduru bloklanacaq.

Tarixi qərardan sonra Trampın taleyi necə olacaq?

Baş vermiş hadisədən sonra Ağ Ev bəyanat yayıb.

Bənayatda bildirilir ki, ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Amerika Konqresinin Senatı onun hakimiyyətdən uzaqlaşdırılmasına imkan verməyəcək və o, dövlət başçısı olaraq qalacaq.

“Prezident Senatın Nümayəndələr Palatası tərəfindən pozulmuş qaydanı, ədaləti və lazımi prosesi bərpa edəcəyinə əmindir.O, sonrakı addımlara hazırdır və tam haqlı olacağına əmindir.
Prezident Tramp, vəzifəyə başladığı gündən etdiyi kimi Amerika xalqının ehtiyac və prioritetlərini qarşılamaq üçün yorulmadan çalışmağa davam edəcək”.

Ağ Ev Palata tərəfindən Prezidentə qarşı elan edilən impiçment qərarının ittihamların mahiyyətinə görə “heç bir dəlil təqdim edilmədiyi” bir mühitdə qəbul edildiyini qeyd edərək bunu millətin tarixindəki ən utanc verici siyasi epizod kimi dəyərləndirib: “Amerika xalqını bu cür biabırçı davranışlarla aldatmaq olmaz”.

Xatırladaq ki, KİV-də Zelenski ilə Trampın danışıqları zamanı ABŞ-da prezident seçkilərinin gedişinə müdaxilə etməyi nəzərdə tutan təlimat olduğu iddia edilmişdi. Trampın rəqibi Co Baydenin oğlu Hanter Bayden əleyhinə araşdırmalar aparılmasını tələb etdiyi bildirilirdi. Bu səbəbdən də Nümayəndələr Palatası 24 sentyabrda ABŞ Prezidentinə qarşı impiçment elan etmişdi.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler