» » Tramp spikerə məktub yazdı: “ABŞ demokratiyasına müharibə elan etdin”

Tramp spikerə məktub yazdı: “ABŞ demokratiyasına müharibə elan etdin”

Bölmə: Dünya
Tramp spikerə məktub yazdı: “ABŞ demokratiyasına müharibə elan etdin”
ABŞ Prezidenti Donald Tramp Nümayəndələr Palatasının spikeri Nensi Pelosiyə məktub yazaraq, onu “ABŞ demokratiyasına açıq şəkildə müharibə elan etmək”də ittiham edib.

“Hürriyet” xəbər verir ki, Tramp məktubunda Pelosiyə “çox çirkin bir kəlmə olan impiçmentin önəmini ucuzlaşdırdınız” sözlərini yazıb.

Nümayəndələr Palatasındakı səsvermənin nəticələrini dəyişdirmək üçün çox az şansı olduğunu bilən Tramp altı səhifəlik məktubunda impiçment prosesini tənqid edib və Pelosini qınayıb.

Tramp məktubunda “bu impiçment saxtakarlığının başlanğıcından bu yana konstitusional haqlarının pozulduğunu” və “sübut təqdim etmək” də daxil olmaqla konstitusiyanın ona verdiyi əsas haqlardan faydalana bilmədiyini qeyd edib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler