Türkiyə parlamentinin erməni millət vəkili “soyqırımı” rədd etdiBölmə: Dünya
ABŞ Senatının qətnaməsi erməni-türk dialoquna əngəl yaradır. “Sputnik Armenia” xəbər verir ki, bu sözləri Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının erməni əsilli millət vəkili Markar Esayan deyib. “Onillərdir qəbul edilməyən soyqırım qətnaməsi S-400 və Suriyadakı əməliyyatları cəzalandırmaq üçün qəbul edildi. Bunun nə tarix, nə də reallıqla əlaqəsi yoxdur. Yəqin ki, arzu olunan da budur. Yara həmişə qanasın, vampirlər üçün bayram olsun”, - Esayan “Twitter” hesabında yazıb. Qeyd edək ki, Esayanın bu sözləri erməni KİV və ictimaiyyətində kəskin narazılıqla qarşılanıb. Erməni mətbuatı Esayanın dəfələrlə Türkiyə hökumətinin mövqeyindən çıxış etdiyini vurğulayıb. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|