» » Zərif məxluqlar əsas postlarda

Zərif məxluqlar əsas postlarda

Bölmə: Dünya
Zərif məxluqlar əsas postlarda
Dekabrın 10-da Finlandiyada dünyanın ən gənc baş naziri seçildi.

Xalqinfo.az xəbər verir ki, 34 yaşlı Sanna Marin sələfi Antti Rinnenin istefasından dərhal sonra bu postu tutub.

Maraqlıdır ki, xanım baş nazirin qələbəsi ilə, Finlandiya dünyada qadınların əsas siyasi postlarda təmsil olunduğu əsas ölkəyə çevrilib. Belə ki, ölkənin 5 əsas siyasi partiyasının hər birinin başında qadın lider durur.

32 yaşlı Katri Kulmuni Mərkəzçi Partiyasının, 34 yaşlı Mariya Oxisalo Yaşıl Liqasına, 32 yaşlı Li Andresson – Sol Alyansına, 55 yaşlı Anna-Mayya Henrikson Finlandiyanın İsveç Xalq Partiyasına başçılıq edir.

2014-2015-ci illərdə Finlandiyanın baş naziri olmuş Aleksandr Stub hökumətin başında 5 qadının dayanmasını “Finlandiyanın müasir və proqressiv ölkə olmasının sübutu” kimi dəyərləndirib.

Hökumətdə təmsil olunacaq qadınların 5-dən 4-nün 35 yaşa qədər olması isə, yerli media tərəfindən “siyasətdə artan qlobal gənclər hərəkatının həyatadavamlılıq nümunəsi” adlandırılıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler