Rusiyanın ABŞ təyyarəsini vurduğu üzə çıxdıBölmə: Dünya
Rusiyanın hava hücumundan müdafiə sistemlərinin ABŞ-a məxsus pilotsuz təyyarəni ələ keçirdiyi faktı üzə çıxıb.ANS-in məlumatına görə, hadisə bu ilin mart ayında Krımın Rusiyaya ilhaq edilməsi ərəfəsində baş verib. Rusiya hərbi dairələrinin verdiyi məlumatda deyilir ki, martın 10-da Krım səmasında kəşfiyyat uçuşları edən ABŞ ordusuna məxsus MQ-5B Hunter pilotsuz təyyarəsi məcburən yerə endirilib. Təyyarənin 66-cı ABŞ Hərbi Kəşfiyyat Briqadasına məxsus olduğu bildirilir. Əvvəllər Bavariyada yerləşən briqadanın hazırda Ukraynaya gətirildiyi iddia olunur. Rusiya silahlı qüvvələrindən verilən məlumatda həmçinin bildirilir ki, Krım səmasında icazəsiz uçuşlar edən ABŞ təyyarələrindən biri də vurulub. Artıq Krım səmasının etibarlı şəkildə qorunduğu bildirilən məlumatda deyilir ki, bunun üçün ən müasir hərbi texnologiyalardan istifadə olunur. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|