» » Refat Çubarov hava limanında saxlanıldı

Refat Çubarov hava limanında saxlanıldı

Bölmə: Dünya
Refat Çubarov hava limanında saxlanıldı
Krım Tatar Milli Məclisinin (KTMM) prezidenti Refat Çubarov Buxarest hava limanında təxminən üç saatyarım saxlanılıb.

Xalqinfo.az Yenicag.az-a istinadən xəbər verir ki, bu barədə Çubarov “Facebook” səhifəsində yazıb. O, hava limanında Rumıniya Sərhəd Xidmətinin əməkdaşları tərəfindən tutulduğunu qeyd edib:

“Rusiya xüsusi xidmət orqanlarının nümayəndələrinin məni Rumıniyada tutmağa çalışacağını gözləmirdim. Bu gün Buxarest hava limanında pasport nəzarətindən keçəndə, Rumıniya Sərhəd Xidməti əməkdaşları pasportumu əlimdən aldılar və heç bir izahat vermədən orada 3,5 saat saxladılar”.

KTMM prezidenti Çubarov Ukraynanın Buxarestdəki səfiri və baş konsulunun müdaxiləsindən sonra sərbəst buraxıldığını bildirib: “Ukraynanın Buxarestdəki səfirliyi, saxlanma səbəblərimə dair dəqiq cavab üçün müvafiq qurumlara müraciət edəcək”.

Qeyd edək ki, Çubarov Buxarestdə Rumıniya Xarici İşlər Nazirliyinin Dövlət katibi, “Birləşmiş Ştatların Alman Marşal Fondu”nun mütəxəssisləri ilə görüşəcək və Rusiyanın işğalı altında olan Krımın vəziyyətini, yarımadanın və Qara dənizin hərbiləşdirilməsini müzakirə edəcək.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler