» » “Kainat gözəli” bəlli oldu -

“Kainat gözəli” bəlli oldu - Foto

Bölmə: Dünya
“Kainat gözəli” bəlli oldu -
2019-cu ilin kainat gözəli Cənubi Afrika Respublikasını təmsil edən 26 yaşlı Zozibini Tunçi seçilib.

Xalqinfo.az-ın xəbərinə görə, bu barədə yarışın rəsmi saytında yazılıb.

O, Cənubi Afrikadan “Kainat gözəli” titulunu qazanan üçüncü qalib olub. Zozibini Tunçi fəal şəkildə cinsiyyət fərqlərinə və stereotiplərə əsaslanan zorakılığa qarşı çıxır.

Dünən ABŞ-ın Corciya ştatının Atlant şəhərində keçirilən finala bütün dünya üzrə milli yarışlardan seçilən 90 iştirakçı qatılıb.

İkinci yerə Puerto-Rikodan 24 yaşlı Medison Anderson layiq görülüb.

Üçüncü yerdə Meksikadan olan 25 yaşlı Sofiya Araqon qərarlaşıb.

“Kainat gözəli” bəlli oldu -
“Kainat gözəli” bəlli oldu -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler