» » İraqda etiraz aksiyaları davam edir

İraqda etiraz aksiyaları davam edir

Bölmə: Dünya
İraqda etiraz aksiyaları davam edir
İraqda etiraz aksiyaları davam edir.

"Xalqinfo"nun “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, Bağdadda aksiyaçılar vətəndaş itaətsizliyi elan edib, şəhərin əksər rayonlarında yolları bağlayıb.

Bağdadı iki hissəyə bölən Dəclə çayı üzərindəki körpü də aksiyaçılar tərəfindən bağlanıb və şəhərin iki hissəsi arasında əlaqə kəsilib.

Bu gün Vasit və Nasriyə əyalətlərində də aksiyalar davam edib.

Qeyd edək ki, İraqda hökumət əleyhinə aksiyalar oktyabrın 1-dən başlanıb. Əhali ölkədə korrupsiyanın yayılmasından və yoxsulluqdan narazıdır, dövlət orqanlarında islahatların aparılmasını tələb edir. Aksiyalar Bəsrə, Kərbəla, Vasit, Kərkük və digər şəhərləri əhatə edib. Aksiyaların dağıdılması zamanı onlarla insan həyatını itirib.

Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler