» » İran İsraili vura bilər -

İran İsraili vura bilər - “Fateh 110”

Bölmə: Dünya, BLOK XƏBƏR
İran İsraili vura bilər -“İsrail Suriyanı Livan Hizbullahının İran istehsalı olan raketlərlə təchiz edildiyi üçün vurub”.

Xalqinfo.az “Aran radiosu”na istinadən xəbər verir ki, bu barədə ivrit dilində çıxan “Yədiot Aharonot” qəzeti məlumat yayıb.

Qəzetin xəbərinə görə, bir müddət öncə İran və Hizbullah rəsmiləri təşkilatın İran istehsalı olan yüksək dəqiqliyə malik “Fateh 110” raketləri ilə təchiz edildiyini açıqlayıblar.

Sözügedən raketin İsrailin istənilən nöqtəsini vura biləcəyi bildirilib.

Qəzetin iddiasına görə, İran Colan yüksəkliklərindəki fələstinlilərdən istifadə edərək İsraildən intiqam mahiyyətli əməliyyatlara əl ata bilər.

Qeyd edək ki, İsrail dünən Suriyaya iki hava hücumu təşkil edib. Hava zərbələrinin hədəflərindən biri də silah-sursat anbarı olub. Zərbələr zamanı partlayışlar eşidilib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler