» » Qatardakı yanğında 74 nəfər öldü

Qatardakı yanğında 74 nəfər öldü

Bölmə: Dünya
Qatardakı yanğında 74 nəfər öldü
Pakistanın şərqindəki Pəncab vilayətinin Rəhimyar Xan şəhəri yaxınlığında qatarda baş verən yanğın zamanı azı 74 nəfər ölüb, çox sayda insan yaralanıb.

"Xalqinfo" "Amerikanın səsi"nə istinadən bildirir ki, qəza cənub Kəraçi şəhərindən Ravalpindi şəhərinə gedən qatarda baş verib.. Televiziya görüntülərində qatarın vaqonlarından alovları, səmaya qalxan qara tüstünü görmək olub. Rəsmilər qurbanların çoxunun özlərini yanğından qurtarmaq üçün sürətlə gedən qatardan atarkən öldüklərini bildirib.

Dəmir yolları naziri Şeyx Rəşid Əhməd qatarda yanğının sərnişinlərin səhər yeməyi hazırlamaq üçün iki qaz sobasından istifadə etdiyi zaman baş verdiyini bildirib. Pakistanda dəmir yollarında qaz sobalarından istifadə qadağan edilsə də, çox sayda sərnişin olan qatarlarda bundan istifadə edənlər olur.

Qatardakı yanğın zamanı azı 40 sərnişinin yaralandığı bildirilib. Sərnişinlərin çoxu "Təbliği-Cəmaət" hərəkatının təşkil etdiyi konfransa gedən müsəlmanlar olub.

Ölkənin baş naziri İmran Xan Tvitter səhifəsində faciədən kədərləndiyini bildirib, qurbanların ailələrinə başsağlığı verib və yaralıların tezliklə sağalmaları üçün dua etdiyini bildirib. İmran Xan hadisə ilə bağlı dərhal istintaqa başlanmasına göstəriş verdiyini deyib.

Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler