» » Zelenskinin yorğunluğunun səbəbi nədir ?

Zelenskinin yorğunluğunun səbəbi nədir ?

Bölmə: Dünya
Zelenskinin yorğunluğunun səbəbi nədir ?
Ukrayna Prezidenti Vladimir Zelenskinin hakimiyyət başına keçəndən az sonra tez-tez yorğun görünməsi həmişə sual doğurub.

“Xalqinfo”nun “Ukrainskaya pravda”ya istinadən xəbərinə görə, Prezident ofisinin rəhbəri Andrey Boqdan məsələyə aydınlıq gətirərək bildirib ki, Ukrayna lideri neqativ informasiyalardan yorulub.

“Mənfiliklərdən yaranmış yorğunluq... Çünki KİV-dən istifadə edərək bizə qarşı çox mənfi fikirlər səsləndirilir. O da bunu çox ağrılı şəkildə qəbul edir”, -deyə Boqdan bildirib.

Eyni zamanda, o, məlumatlar təhrif olunmuş şəkildə yayıldığına görə Zelenskiyə feysbuk və digər sosial şəbəkələri oxumamağı tövsiyə etdiyini söyləyib.

Onun sözlərinə görə, cəmiyyət Ukrayna hakimiyyətinin müəyyən hərəkətlərini səhv qəbul edir.

Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler