» » Ərdoğan Suriyanın şimal-şərqini terrorçulardan təmizləyəcəklərinə söz verib

Ərdoğan Suriyanın şimal-şərqini terrorçulardan təmizləyəcəklərinə söz verib

Bölmə: Dünya
Ərdoğan Suriyanın şimal-şərqini terrorçulardan təmizləyəcəklərinə söz verib
“Xalq Özünümüdafiə Qüvvələri” döyüşçülərini ayrılmış müddətdə geri çəkməsələr, Türkiyə Suriyanın şimal-şərqini terrorçulardan təmizləyəcək.

"Xalqinfo"nun məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan deyib.

Türkiyə prezidenti deyib: “Biz dərinliyi 30 km və uzunluğu 340 km olan ərazini terrorçulardan təmizləmək üçün Rusiya ilə razılığa gəldik, sonra Rusiya ilə birgə patrul xidmətinə başlayacağıq. Əgər ayrılmış 150 saat ərzində ərazilər terrorçulardan təmizlənməsə, onda bu prosesi biz davam etdirəcəyik”.

Prezident xatırladıb ki, ABŞ əvvəllər kürd birləşmələrinin Suriya ilə sərhəddən çəkiləcəyini vəd etmişdi, lakin bu baş vermədi.

Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler