» » Çeçenistandan Suriyaya 300 hərbi polis yollandı

Çeçenistandan Suriyaya 300 hərbi polis yollandı

Bölmə: Dünya
Çeçenistandan Suriyaya 300 hərbi polis yollandı
Rusiya Silahlı Qüvvələrinin Çeçenistanda yerləşdirilmiş hərbi polis bölməsinin 300-ə yaxın hərbçisi xüsusi tapşırıqları yerinə yetirmək üçün Suriyaya yollanıb.

“Xalqinfo”nun Rusiya Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, onlar yaxın gələcəkdə əhalinin təhlükəsizliyini təmin etməyə və qanunun aliliyini qorumağa, təyin olunmuş ərazilərdə patrul təyin etməyə və kürd özünümüdafiə dəstələrinin və silahlarının Suriya-Türkiyə sərhəddindən 30 km uzaqlaşmasına kömək edəcəklər.

Qeyd olunur ki, həmin şəxslər bu cür əməliyyatlarda təcrübəsi olan və Vladiqafqazda Hərbi Polis Mərkəzində təlim keçmiş ən hazırlıqlı hərbi kadrlardır.

Rus hərbi polisinin Şimali Osetiyadakı bir hava limanından Suriyaya uçduğu bildirilir.

Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler