» » Putin MDB-də dollardan imtina etməyi təklif etdi –

Putin MDB-də dollardan imtina etməyi təklif etdi – “Valyuta siyasətimizi razılaşdırmalıyıq”

Bölmə: Dünya, BLOK XƏBƏR
Putin MDB-də dollardan imtina etməyi təklif etdi –




MDB dövlət başçılarının Türkmənistanda keçirilən zirvə görüşündə Rusiya prezidenti Vladimir Putin postsovet məkanının valyuta risklərindən qorumaq üçün tədbirlər görməyi təklif edib.

Xalqinfo.az bildirir ki, Putin MDB dövlətləri arasında milli valyutalarda hesablaşmaların mühüm aspekt olduğunu bildirib: “Milli valyutalarda hesablaşma mühüm aspektdir. Bu gün dünyanın üzləşdiyi problemlər ticarət müharibələrinin, müxtəlif məhdudiyyətlərin nəticəsidir. Biz bunları görürük. Əlbəttə özümüzü valyuta risklərindən qorumalıyıq. Valyuta sahəsində əməkdaşlığı inkişaf etdirmək, valyuta siyasətmizi razılaşdırmalıyıq. Əgər nə vaxtsa buna çatsaq bu zaman ümumi maliyyə bazarının formalaşmasından danışmaq olar. Əminəm ki, bu bizim ümumi rəqabətə davamlılığımızın xeyrinə olacaq”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler