» » Dünən hədələdiyi Türkiyəyə bu gün təriflər yağdırdı

Dünən hədələdiyi Türkiyəyə bu gün təriflər yağdırdı

Bölmə: Dünya, BLOK XƏBƏR
 Dünən hədələdiyi Türkiyəyə bu gün təriflər yağdırdı



ABŞ prezidenti Donald Tramp dünən iqtisadiyyatını məhv etməklə hədələdiyi Türkiyəyə bu gün tərif dolu sözlər yazıb.

“Xalqinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ağ Ev rəhbəri Türkiyənin ABŞ-ın ən böyük ticarət ortağı olduğunu, noyabrın 13-də Vaşinqtonda Rəcəb Tayyib Ərdoğanla görüşəcəklərini deyib. O bildirib ki, Türkiyənin İdlibdə bir çox insanın həyatının xilas edilməsində rolu böyükdür:

“Rəsmi Ankara ABŞ-ın ticarət ortağı və NATO müttəfiqidir. İdlibdə insanların həyatının xilas edilməsində bizə kömək oldu. Türkiyə F-35-lərin polad gövdələrini hazırlayır”.

Tramp tərifin ardınca “Suriyadan çəkilmiş ola bilərik, amma kürdləri heç vaxt tərk etməyəcəyik” açıqlamasını da verib.

Xatırladaq ki, ABŞ prezidenti Türkiyə Suriyanın şimalında əməliyyatlara başlayacağı təqdirdə onun iqtisadiyyatını məhv edəcəyini bildirərək hədə-qorxu gəlmişdi.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler