» » İslam Əməkdaşlıq Təşkilatından Paşinyana xəbərdarlıq:

İslam Əməkdaşlıq Təşkilatından Paşinyana xəbərdarlıq: “BMT qətnamələrini icra edin!”

Bölmə: Dünya, BLOK XƏBƏR
İslam Əməkdaşlıq Təşkilatından Paşinyana xəbərdarlıq:





İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd Əl-Osaymin Ermənistan baş nazirinin Azərbaycanın işğal olunmuş ərazilərinə bu il avqustun 5-də səfər edərək orada səsləndirdiyi bəyanatla bağlı dərin narahatlığını ifadə edən açıqlama verib.

Xalqinfo.az bildirir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Baş katib Ermənistan rəhbərliyinin bu bəyanatı və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünü pozan əməllərinin beynəlxalq hüququn prinsiplərinə və beynəlxalq ictimaiyyətin mövqeyinə məhəl qoymadığını və regional sülh və təhlükəsizliyə hədə təşkil etdiyini qeyd edib. O, münaqişənin sülh yolu ilə həlli üzrə BMT və İƏT nizamnamələrinin müddəalarına, Helsinki Yekun Aktına, BMT TŞ-nin 1993-cü il tarixli qətnamələrinə, İƏT-in müxtəlif qətnamələrinə istinad edərək, Ermənistan Respublikasını münaqişənin sülh yolu ilə həlli üçün BMT TŞ-nin müvafiq qətnamələri əsasında Azərbaycan Respublikası ilə sülh danışıqlarına çağırıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler