Rəsmi Tehrandan ABŞ-ın sanksiya qərarına münasibətBölmə: Dünya
İran Xarici İşlər Nazirliyi ABŞ-ın bu ölkəyə qarşı tətbiq etdiyi sanksiyaları genişləndirmək qərarını şərh edib. “Qafqazinfo”nun verdiyi xəbərə görə, XİN-in nümayəndəsi Abbas Müsəvi “RT” telekanalına açıqlamasında növbəti məhdudlaşdırıcı tədbirlərin İran millətinə zərbə vurmaq məqsədi daşıdığını bildirib. “Bu cür tədbirlər hər zamanki kimi heç bir şeyə səbəb olmayacaq. Bu, ABŞ-ın iranlılarla aldadıcı rəftarının tarixinə kədərli anlar əlavə edəcək, baxmayaraq ki, bir gün öz hərəkətləri üçün mütləq məsuliyyət daşıyacaqlar”, - deyə XİN rəsmisi vurğulayıb. Xatırladaq ki, ABŞ Maliyyə Nazirliyi sentyabrın 4-də İranın 20-dən çox fiziki və hüquqi şəxsinə, eləcə də bir neçə neft tankerinə qarşı sanksiya tətbiq edib. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|