» » Asanova qarşı cinayət işi qaldırıldı

Asanova qarşı cinayət işi qaldırıldı

Bölmə: Dünya, BLOK XƏBƏR
Asanova qarşı cinayət işi qaldırıldı





Qırğızıstanın Daxili İşlər nazirinin eks-müavini Kursan Asanova qarşı cinayət işi qaldırılıb.

“Xalqinfo” “TASS” agentliyinə istinadən məlumat verir ki, Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevin saxlanılması zamanı Asanov ölkənin Daxili İşlər rəhbəri Kaşkar Cunuşaliyevin əmrinə tabe olmayıb. O, bu addımına görə “vəzifədən sui-istifadə etmə” maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilib.

Bundan başqa, onunla bağlı “özbaşına qərar qəbul edib daxili işlər orqanı əməkdaşlarını təhlükə altında qoyma” faktının da qeydə alındığı bildirilir.

Xatırladaq ki, Kursan Asanov Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevlə danışıqlar apararaq Xüsusi Xidmət Orqanları əməkdaşlarına təslim olmağı üçün razı salmışdı. Asanov bu hadisədən sonra vəzifəsindən azad edilmişdi.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler