» » Davudoğlu Ərdoğanı tənqid etdi

Davudoğlu Ərdoğanı tənqid etdi

Bölmə: Dünya, BLOK XƏBƏR
Davudoğlu Ərdoğanı tənqid etdi





Yeni partiya quracağı iddia edilən keçmiş baş nazir Əhməd Davudoğlu İngiltərənin "Financial Times" qəzetinə müsahibə verib.

Unikal.org xəbər verir ki, Ədirnə Həbsxanasında saxlanılan Səlahəddin Demirtaşla bağlı bir suala cavab verən Davudoğlu "Mən istefa verdikdən 6 ay sonra həbs olundu. Bu qanuni bir müddətdir, edə biləcəyim heç nə yoxdur" deyib.

AK Partiyanın bir zamanlar ədalət, azadlıq, düşüncə və ifadə azadlığına dəyər verdiyini söyləyən Davudoğlu, "Ancaq son üç ildə müşahidə etdiyim qədəriylə həyatımız boyunca hörmət duyduğumuz bu təməl dəyərlər görməzdən gəlinir" deyə bildirib.

Davudoğlu, Prezident Hökumət sistemini də tənqid edərək ölkə başçısı və AK Partiya lideri Rəcəb Tayyib Ərdoğanın əlindəki gücün Türkiyənin "təməl strukturlarına zərər verdiyini" və ölkədəki "siyasi təşkilatların zəyiflətfiyini " vurğulayıb.

Davudoğlu hədəfinin Türkiyədə yeni bir siyasi iqlim yaratmaq olduğunu vurğulayıb:

"Ehtiyacımız olan aydınlıq, şəffaflıq, azadlıq və qorxmadan danışa bilmə üzərində qurulmuş yeni bir psixologiyadır. Keçmiş baş nazir olaraq mən qorxsam vətəndaş danışa bilməz. Danışmaq və düşünməkdən qorxsan bir çarə tapılmaz".

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler