» » Tramp bu valyutaları pul hesab etmir

Tramp bu valyutaları pul hesab etmir

Bölmə: Dünya
Tramp bu valyutaları pul hesab etmir



Kriptovalyutalar etibarlı deyil və cinayət əməllərinin törədilməsinə yardımçı ola bilər.

TASS xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Twitter” səhifəsində yazıb.

Bitkoinin və digər kriptovalyutaların fanatı olmadığını deyən dövlət başçısı qeyd edib ki, onlar pul sayılmır:




“Kriptovalyutaların dəyəri çox dəyişkəndir və heç nəyə əsaslanmayıb. Tənzimlənməyən kriptoaktivlər qanunsuz fəaliyyətə, o cümlədən, narkotik maddələrin ticarətinə kömək edə bilər”.

D.Tramp əlavə edib ki, ABŞ-da yalnız bir real valyuta var:

“Bu da ABŞ dollarıdır. Dollar heç vaxt olmadığı qədər sabit və etibarlıdır. O, dünyada hökmran valyutadır və həmişə də belə qalacaq”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler