» » Maduro ilə müxalifət arasında daimi razılıq əldə olundu

Maduro ilə müxalifət arasında daimi razılıq əldə olundu

Bölmə: Dünya, BLOK XƏBƏR
 Maduro ilə müxalifət arasında daimi razılıq əldə olundu



Venesuela Prezidenti Nikolas Maduro ölkənin müxalifət nümayəndələri ilə daimi dialoqla bağlı razılığa gəlib. “Xalqinfo”nun verdiyi xəbərə görə, bu barədə o, tvitter mikrobloqunda məlumat verib.

“Müxalifətlə üç gün davam edən stressli danışıqlardan sonra daimi danışıqlar masası qurmağı qərara aldıq”, - deyə o, yazıb.

Prezident bu məsələdə Norveç hökumətinin dəstəyini yüksək qiymətləndirib və tərəflərin tezliklə sülh şəraitində yaşayacağı ilə bağlı müsbət nəticələr əldə edəcəyinə ümid etdiyini ifadə edib.

Qeyd edək ki, danışıqlar 9 iyulda Barbadosda Norveç hökumətinin iştirakı ilə başlayıb. Tərəflər iqtisadi, siyasi, mədəni və sosial sahələrdə ölkənin həyatına dair altı məsələni müzakirə etməlidirlər.

Xatırladaq ki, Venesuelada situasiya bu il yanvarın 23-də müxalifət lideri Xuan Quaydonun özünü ölkənin müvəqqəti prezidenti elan etməsindən sonra kəskinləşib. ABŞ daxil olmaqla Avropa İttifaqına üzv və Latın Amerika ölkələrinin əksəriyyyəti onu dövlətin qanuni başçısı kimi tanıyıblar. Rusiya və digər ölkələr isə Maduronu dəstəklədiklərini bəyan ediblər.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler