» » Putin ABŞ-la raket sazişini rəsmən dayandırdı

Putin ABŞ-la raket sazişini rəsmən dayandırdı

Bölmə: Dünya, BLOK XƏBƏR
Putin ABŞ-la raket sazişini rəsmən dayandırdı





Rusiya rəsmi olaraq “Orta və yaxın mənzilli raketlərin ləğvi” müqaviləsindən çıxıb.

“Xalqinfo”nun “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bununla bağlı federal qanunu Rusiya Prezidenti Vladimir Putin imzalayıb.

“SSRİ və ABŞ arasında 8 dekabr 1987-ci il tarixində Vaşinqtonda imzalanmış “Orta və yaxın mənzilli raketlərin ləğv edilməsi haqqında” müqavilənin fəaliyyəti dayandırılsın”, - deyə sənəddə deyilir.

Qanun dərc edildiyi gündən qüvvəyə minir.

Qeyd edək ki, Putin sazişin dayandırılmasını mayın sonunda tətbiq edib. Sənəd iyunda Dövlət Dumasında və Federasiya Şurasında qəbul edilib.

Xatırladaq ki, ABŞ bu il fevralın 2-də 1987-ci ildə Rusiya ilə imzaladığı “Orta və kiçik mənzilli raketlərin ləğvi” müqaviləsindən birtərəfli olaraq çıxıb.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler