» » ABŞ-la İran müharibəyə başlasa, ziyan görəcək -

ABŞ-la İran müharibəyə başlasa, ziyan görəcək - 3-cü dövlət

Bölmə: Dünya, BLOK XƏBƏR
ABŞ-la İran müharibəyə başlasa, ziyan görəcək -





İran Amerikanın dronunu vurduqdan sonra Fars körfəzində müharibə təhlükəsi qaçılmaz oldu. Əgər söhbət genişmiqyaslı hərbi əməliyyatlardan gedərsə, İsrail zərər görən üçüncü ölkə olacaq.

“Xalqinfo” xəbər verir ki, bu barədə “Die Welt” nəşri yazıb. Qeyd olunub ki, İsraildə artıq uzun illərdir bu ssenari üzrə hazırlıq gedir.

Ekspertlərin fikrincə, İsrail İranla münaqişənin əslində sülh yolu ilə həll olunmasının tərəfdarıdır. İsrail Tehrana diplomatik və iqtisadi sanksiyaların artırılmasını dəstəkləsə də, bunun İran üçün dağıdıcı təsiri ola bilər və bu təzyiq hələlik arzuolunan nəticələri vermir.

Qeyd olunur ki, ABŞ-la münasibətlərdəki gərginliyin artması şəraitində Amerikanın müttəfiqi olan İsrailə hücum edilməsi İranın başlıca hərbi əməliyyatlarından biri olacaq. Hər həftə İsraildə məhz həmin mümkün təxribata ən yaxşı cavab vermək məsələsi müzakirə edilir. İsrail müharibə elan etmədən hərəkətə keçə bilər. Çünki ABŞ-la birlikdə artıq çoxdan rəqəmsal müharibə planı hazırlanıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler