» » “General dedi ki, 150 nəfər öləcək” -

“General dedi ki, 150 nəfər öləcək” - Trampdan İran açıqlaması

Bölmə: Dünya, BLOK XƏBƏR
“General dedi ki, 150 nəfər öləcək” -





ABŞ Prezidenti Donald Tramp İranın vurulma planından niyə imtina etdiyini açıqlayıb.

Xalqinfo.az xəbər verir ki, Amerika lideri öz tvitter mikrobloqunda qeyd edib ki, əməliyyatı başlamasına 10 dəqiqə qalmış dayandırıb.

“Bazar ertəsi günü İran beynəlxalq sularda PUA-mızı vurdu. Dünən gecəyə planlaşdırılan hücum zamanı 3 fərqli obyekt hədəf olacaqdı. Generalların birindən “Nə qədər insan öləcək” deyə soruşdum. Biri dedi ki, 150 nəfər həlak olacaq. Hücuma 10 dəqiqə qalmış onu dayandırdım. İran məsələsində tələsmirəm. Dünən gecədən etibarən daha çox sanksiya tətbiq etməyə başlamışıq. İran heç bir zaman nüvə silahına sahib ola bilməyəcək”, -deyə Tramp vurğulayıb.

Xatırladaq ki, İran iyunun 20-də Hörmüz körfəzi üzərində “RQ-4 Global Hawk “ tipli pilotsuz kəşfiyyat təyyarəsini vurub. İran tərəfi iddia edib ki, təyyarə ölkənin hava sərhədlərini pozub. Lakin Amerika tərəfi təyyarənin beynəlxalq hava məkanında vurulduğunu bildirir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler