» » ABŞ bu gün İranı vuracaqmış -

ABŞ bu gün İranı vuracaqmış - Tramp qərarını ləğv edib ABŞ bu gün İranı vuracaqmış

Bölmə: Dünya, BLOK XƏBƏR
ABŞ bu gün İranı vuracaqmış -




ABŞ ötən gün Hörmüz körfəzi üzərində “RQ-4 Global Hawk “ tipli pilotsuz kəşfiyyat təyyarəsinin vurulmasına cavab olaraq bu gün səhər saatlarında İrana hava zərbələri endirmək qərarı verib. Lakin Prezident Donald Tramp son anda qərarı ləğv edib.

“Xalqinfo” xəbər verir ki, bu barədə “New York Times” nəşri Tramp administrasiyasındakı mənbəyə istinadən məlumat yayıb.

Nəşr yazır ki, hücum İran hərbi və mülki əhalisi arasında çox sayda itki olmaması üçün Tehran vaxtilə saat 03:30-da (Moskva vaxtilə saat 02:00) həyata keçirilməli imiş. Zərbələrin hədəfi kimi radar stansiyaları daxil olmaqla bir sıra obyektlər nəzərdə tutulubmuş.

Qəzet iddia edir ki, əməliyyat erkən planlaşdırma mərhələsində ləğv edilib. Bunun nə ilə əlaqədar olduğu məlum deyil: Ya Ağ Ev fikrindən daşınıb, ya da lojistik və strateji çətinliklərlə qarşılaşıb.

Xatırladaq ki, İran tərəfi iddia edib ki, təyyarə ölkənin hava sərhədlərini pozub. Lakin Amerika tərəfi təyyarənin beynəlxalq hava məkanında vurulduğunu bildirir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler