» » Ərdoğan İmamoğlunun həbs oluna biləcəyini deyib

Ərdoğan İmamoğlunun həbs oluna biləcəyini deyib

Bölmə: Dünya
Ərdoğan İmamoğlunun həbs oluna biləcəyini deyib




“Hər şeydən öncə hüquqi durum nəysə, o da olacaq. Qərarı məhkəmə verəcək. Çünki vali öz hüquqlarını müdafiə etmək üçün məhkəməyə müraciət edəcək. Bir şəhərin rəhbərinə “it” deyilməsinin cəzası nəysə, o cəza da veriləcək. Mən İstanbulun Böyük şəhər bələdiyyə sədriykən bir şeri oxuduğuma görə məhkum olundum, vəzifəm əlimdən alındı və həbsdə yatdım. Ona görə bu təcrübəmə əsaslanıb, deyirəm ki, o adam dediyi ifadələrə görə məsuliyyət daşımalıdır”.

Xalqinfo.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul Bələdiyyə sədrliyi seçimləri ilə əlaqədar teleaparıcıların suallarını cavablandırarkən, Ordu şəhər valisi ilə bələdiyyə sədrliyinə namizəd Əkrəm İmamoğlu arasında yaşanan münaqişə haqqında danışarkən bu fikrləri bildirib.

Ərdoğan bir prezident olaraq valinin hüquqlarını müdafiə edəcəyini vurğulayıb: “Mənim valimə edilən həqarətlərin sübutları ortadadır. O, seçilmiş olsa belə, həqarət cəzası bəlli bir müddəti keçərsə, bələdiyyə sədrliyi etibarsız olar”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler