» » İsrailin yeni baş naziri kim olacaq? -

İsrailin yeni baş naziri kim olacaq? - “Exit-pol” nəticələri açıqlandı

Bölmə: Dünya
İsrailin yeni baş naziri kim olacaq? -




İsraildə keçirilən parlament seçkilərində “Exit-poll” nəticələri açıqlanıb.

“Qafqazinfo” NTV Türkiyə-yə istinadən xəbər verir ki, hazırkı baş nazir Benyamin Netanyahunun Likud Partiyası ilə ən yaxın rəqibi Mavi-Ağ İttifaqı başa-baş səs toplayıb.

Likud və Mavi-Ağ İttifaqının Knessetdə təmsil olunacağı millət vəkili sayı:

“Kanal 13”ə görə - 36-36

“Kanal 12”yə görə - 33-37

“Kanal 11”ə görə - 36-37

Bundan sonra, sabiq Baş Qərargah rəisi Beni Qanç və keçmiş jurnalist Yair Lapidin Mavi-Ağ İttifaqı qələbələrini elan ediblər. Buna baxmayaraq, Netanyahu da öz partiyasının qalib gəldiyini açıqlayıb.

İsrail Mərkəzi Seçki Komissiyasının qeyri-rəsmi nəticələri bu gün günorta saatlarında açıqlayacağı gözlənilir. Rəsmi nəticələr isə 17 apreldə elan ediləcək.

Qeyd edək ki, seçkidə 41 partiya mübarizə aparıb.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler