» » Quaydo deputat toxunulmazlığından məhrum edilir

Quaydo deputat toxunulmazlığından məhrum edilir

Bölmə: Dünya
Quaydo deputat toxunulmazlığından məhrum edilir



Venesuelanın ali məhkəməsi müxalifət lideri Xuan Quaydonun deputat toxunulmazlığının ləğv olunması ilə bağlı Konstitusiya Assambleyasında vəsatət qaldırıb.

TASS-ın məlumatına görə, ali məhkəmə bu addımı müxalifət liderinin ölkədən çıxışına qoyulmuş qadağanı pozması ilə əsaslandırıb.

Öz növbəsində X.Quaydo bir daha Venesuelanın bütün sakinlərini küçələrə çıxıb bərbad vəziyyətdə olan su və elektrik təchizatı ilə bağlı kütləvi etiraz aksiyasında iştirak etməyə çağırıb.

Bundan əvvəl Venesuelanın ali məhkəməsi X.Quaydonun ölkəni tərk etməsinə qadağa qoyub. Buna baxmayaraq, qərara əhəmiyyət verməyən Quaydo Kolumbiya, Braziliya, Paraqvay, Argentina və Ekvadora səfərlər edib və sonra Venesuelaya geri dönüb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler