» » Gürcüstan prezidenti Yerevanda Azərbaycan torpaqlarının işğalından danışdı

Gürcüstan prezidenti Yerevanda Azərbaycan torpaqlarının işğalından danışdı

Bölmə: Dünya
Gürcüstan prezidenti Yerevanda Azərbaycan torpaqlarının işğalından danışdı




Ermənistanda səfərdə olan Gürcüstanın yeni seçilmiş prezidenti Salome Zurabişvilinin bu ölkənin rəhbərliyi ilə danışıqlarının mövzularından biri regional münaqişələr olub. Yerevanda aydınlaşdırmağa çalışıblar ki, Bakıda "Gürcüstan və Azərbaycan ərazilərinin işğalı" haqqında verdiyi bəyanatda Gürcüstan dövlətinin başçısı nəyi nəzərdə tutub. Nəticədə, Gürcüstan prezidenti nəinki Dağlıq Qarabağ üzrə öz mövqeyini təsdiq edib, həm də Ermənistan rəhbərliyinin ünvanına ittihamlarla çıxış edib.

Xalqinfo.az virtualaz.org-a istinadən bildirir ki,Salome Zurabişvilinin sərt mövqeyi Gürcüstanın bütün postsovet dövrü ərzində Ermənistan-Azərbaycan münaqişəsinin tərəflərinə münasibətdə sərgilədiyi "bərabər uzaqlıqda" siyasətinə son qoya bilər.



Yerevanda Gürcüstan prezidenti Salome Zurabişvilini qəbul edən Ermənistan rəhbərliyini qonşu dövlətin başçısının Bakıda verdiyi heç də birmənalı olmayan bəyanatı ilə bağlı izahatarı xüsusilə maraqlandırırdı. Azərbaycana rəsmi səfəri çərçivəsində fevralın 27-də xanım Zurabişvili Azərbaycan və Gürcüstan ərazilərinin işğalı mövzusuna toxunmuşdu. Onun Gürcüstanın muxtar vilayətləri olan Cənubi Osetiya ilə Abxaziyanın Rusiya tərəfindən işğalı barədə söylədikləri heç kimi təəccübləndirmədi - belə ki, Gürcüstan rəhbərləri tez-tez Moskvanın ünvanına bu cür ittihamlarla çıxışlar edirlər. Lakin bu dəfə Gürcüstan prezidenti ilk dəfə açıq şəkildə Ermənistanı Dağlıq Qarabağın və ona bitişik bir sıra ərazilərin işğalında ittiham etdi.

"Biz, demək olar ki, eyni vaxtda ölkələrimizin müstəqilliyini bərpa etdik və eyni faciələri yaşadıq", - Azərbaycan Prezidenti İlham Əliyevə müraciətində Salome Zurabişvili bildirmişdi. Bu zaman Gürcüstan dövlətinin başçısı dəqiqləşdirmişdi ki, "oxşar faciələr" dedikdə məhz ərazilərin işğalını nəzərdə tutur.

"İşğal xətləri bizim üçün də sağalmaz yaradır", - prezident sözlərinə davam edib və məmnunluğunu bildirib ki, işğala baxmayaraq, Gürcüstan və Azərbaycan "öz dövlətçiliklərini gücləndirə və iqtisadiyyatlarını inkişaf etdirə biliblər".

"Kommersant"ın bildirdiyinə görə, Yerevandakı görüşlərdə, o cümlədən Ermənistan prezidenti Armen Sarkisyanla və baş nazir Nikol Paşinyanla görüşdə Salome Zurabişvilinin Bakı bəyanatları mövzusu müxtəlif kəskinliklə qaldırılıb. Lakin Gürcüstan prezidenti özünə bəraət qazandırmağa, yaxud da bəyanatını ört-basdır etməyə çalımayıb. Əksinə, o, erməni tərəfinin ünvanına bir sıra iradlarla çıxış edib.

Ələlxüsus, Ermənistan Milli Assambleyasının sədri Ararat Mirzoyanla görüş zamanı Salome Zurabişvili xəbərdarlıq edib: onun ölkəsi üçün Ermənistan tərəfindən Gürcüstanın ərazi bütövlüyünün sözdə deyil, əməldə tanınması "çox vacibdir". Dövlət başçısı dərhal izahat verib ki, Dağlıq Qarabağın nümayəndə heyətlərinin Abxaziyaya və Cənubi Osetiyaya səfərlərini nəzərdə tutur. "Bununla da, səfərlərin təşkilatçıları özləri nümayiş etdirirlər ki, bu münaqişələr simmetrikdir", - Gürcüstan prezidenti narazılığını gizlətməyib. "Bu, çox təəssüf doğuran və ağrılıdır, - Salome Zurabişvili eyni əhvalda sözlərinə davam edib. - Biz hesab edirik ki, burada (Ermənistanda - "Kommersant") ölkəmizə münasibətdə olmalı olduğu qədər xoş niyyət yoxdur".

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler