» » “Dünyada tək zalım varsa, o da sənsən” -

“Dünyada tək zalım varsa, o da sənsən” - Ərdoğandan Netanyahuya sərt sözlər

Bölmə: Dünya, BLOK XƏBƏR
“Dünyada tək zalım varsa, o da sənsən” -





Türkiyə Dəyanət Vəqfi 5-ci Beynəlxalq Yaxşılıq Mükafatlarının təqdimat mərasimini təşkil edib.

Xalqinfo.az İHA-ya istinadən xəbər verir ki, tədbirdə çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sərt açıqlamalar verib.

O, İsrail baş naziri Benyamin Netanyahuya səslənərək onu zalım adlandırıb:

REKLAM

www.yapikredi.com.az
Daha ətraflı
Native Video by Adributor

“Türkiyədə jurnalistlərin həbsdə olmasından narahat imiş. İsraildə minlərlə uşaq, qadın, yaşlını həbsxanaya salan sən deyilsən? Bizim məbədlərimizə, “Məscidi-Əqsa”ya hücum edənlər, orada din adamlarını döyənlər sizin əsgərlər, polislər deyil? Bunu necə izah edəcəksən? Əgər dünyada bir zalım varsa, o da sənsən. Utanmadan, bezmədən danışırsan. İsrail bizi təhrik etmək istəyir, amma biz təhrik olmayacağıq”.

Ərdoğan sözlərinə əlavə edib ki, dünyanı hirs, qisas və həsəd deyil, yaxşılıq dəyişdirəcək:

“Bu gün dünyada sülh və əmin-amanlığın qarşısındakı yeganə əngəl iradə əskikliyi, vicdan qıtlığıdır. Bəzi müsəlman dövlətlər birlikdə qərb dövlətləri insanlıq imtahanından keçə bilmədilər. Qətl edilən xalqların fəradını eşitmədilər. Aclıqdan bir dəri, bir sümük qalan insanların asimana yüksələn hayqırışını eşitmədilər”.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler