» » ABŞ-dan şok İran bəyanatı:

ABŞ-dan şok İran bəyanatı: Zərif zəifdir, Süleymani idarə edir

Bölmə: Dünya, BLOK XƏBƏR
ABŞ-dan şok İran bəyanatı:



İran İraqı özünə bağlı bir məkana çevirməyə çalışır.

Xalqinfo.az xəbər verir ki, bu sözləri ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayan Huk İran lideri Həsən Ruhaninin İraqa səfərini şərh edərkən deyib.

“İran rejimi İraq xalqının mənafeyinə əhəmiyyət vermir, yalnız öz mövqeyini gücləndirməyə çalışır. ABŞ İraq xalqının rifahını və suverenliyini istəyir. Lakin İran yox... Sabit İran sabit Yaxın Şərq anlamına gəlir. Təəssüf ki, İranın xarici siyasəti inqilabi xarakter daşıyır. İran rejimi Yaxın Şərq regionunun qərb cinahlarına hərbi yol inşa etmək istəyir ki, məhz bu yolla SEPAH-ın raket, müxtəlif silahlar göndərməsini təmin etsin”, - deyə diplomat bildirib.

Huk həmçinin əlavə edib ki, rejimin məqsədi İraqda şiələrin dominantlığını təmin etməkdir.

ABŞ diplomatı qeyd edib ki, İranın hazırki Xarici İşlər naziri Məhəmməd Cavad Zərif siyasətdə olduqca zəif biridir və ölkənin real olaraq xarici siyasətini idarə edən şəxs SEPAH-ın Qüds qüvvələri komandanı Qasım Süleymanidir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler