» » Ohanyanın əmlakına həbs qoyuldu

Ohanyanın əmlakına həbs qoyuldu

Bölmə: Dünya
Ohanyanın əmlakına həbs qoyuldu
Ermənistanın Xüsusi İstintaq Xidməti keçmiş müdafiə naziri Seyran Ohanyanın maliyyə hesablarına həbs qoyub.

Xalqinfo.az erməni mətbuatına istinadən xəbər verir ki, bu sanksiya 2008-ci il martın 1-də Yerevandakı hadisələrlə bağlı istintaq çərçivəsində tətbiq edilib.

Onun maliyyə vəsaiti ilə yanaşı, əmlakına da həbs qoyulması barədə qərar çıxarılıb.

Ümumiyyətlə, Seyran Ohanyan konstitusiya qururluşunu devirməkdə ittiham olunur. O, özünü günhakar saymır.

Xatırladaq ki, Dağlıq Qarabağ separatçılarının rəhbərlərindən biri olan S.Ohanyan 2008-2016-cı illərdə Ermənistanın müdafiə naziri olub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler