» » Səudiyyə Ərəbistanında ilk dəfə olaraq, xanım səfir təyin edilib

Səudiyyə Ərəbistanında ilk dəfə olaraq, xanım səfir təyin edilib

Bölmə: Dünya
Səudiyyə Ərəbistanında ilk dəfə olaraq, xanım səfir təyin edilib




Səudiyyə Ərəbistanı tarixində ilk dəfə olaraq qadın səfir təyin edilib. Belə ki, Rima ibn Bender keçmiş Vaşinqton səfiri olan atası Bender ibn Sultandan 14 il sonra həmin vəzifəyə təyin olunub. Beləliklə Riman ibn Bender Səudiyyə Ərəbistanı tairixində ilk qadın səfir olub.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı 2030-cu il islahatları çərçivəsində qadın haqları ilə bağlı müəyyən addımlar atarkən, qadınların siyasətdə iştirakının da artırılmasını hədəfləyir. Rima ibn Benderin ilk qadın səfir təyin edilməsi də bu çərçivədə atılan addımlardan biri hesab olunur.

Rima ibn Bender barəsində yayılan məlumatlarda bildirilir ki, o, tanınmış diplomat ailəsinin üzvüdür. 1975-ci ildə Riyadda dünyaya gələn Rima ABŞ-ın Vaşinqton Universitetində muzey araşdırmaları bölümünün məzunu olub. Atası Bender ibn ötən əsrin 80-ci illərində Vaşinqtonda səfir vəzifəsində çalışıb və 2005-ci ilə qədər bu vəzifədə qalıb. Dayısı Turki el-Faysal da Bender ibn Sultanın ardından 2 il bu vəzifədə çalışıb. Digər dayısı Suud el-Faysal da 40 il ölkəsinin xarici işlər naziri olub.

Rima 2014-cü ildə ABŞ-ın məşhur “Forbes” jurnalının “ən güclü 200 ərəb qadın” siyahısında yer alıb. Həmin ildə “Fast Company” jurnalı onu “ən yaradıcı insanlar” siyahısına daxil edib.

Rima 2016-cı ildə Qadın Ümumi Məclisinin sədr müavini olmağı bacararaq, hökumətin iş sahəsinə daxil olub. O, ötən ay Davosda keçirilən 49-cu Dünya İqtisadi Forumunda və Nyu-Yorkda təşkil edilən beynəlxlaq forumda öz ölkəsini təmsil edib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler