» » Putinə görə Rusiyanı 2 milyon beyin tərk edib -

Putinə görə Rusiyanı 2 milyon beyin tərk edib - HESABAT

Bölmə: Dünya
 Putinə görə Rusiyanı 2 milyon beyin tərk edib -



Rusiyadan emiqrasiyanın yeni dalğası iqtisadi yox, siyasi səbəblər ucbatından yaranıb.
Xalqinfo.AZ xəbər verir ki, bu məlumat Atlantika Şurasının hazırladığı “Putinin nəticəsi: yeni beyin axını” hesabatında yer alıb. Hesabata əsasən, Rusiyadan emiqrasiya artıq 1,5 ildir ki, davam edir:

“Vladimir Putinin dövründə ölkəni 2 milyona yaxın rusiyalı tərk edib. 2012-ci ildən etibarən isə, ölkədən qaçanların sayı Putinin hakimiyyətinin ilk səkkiz ilindəkindən çox olub. Ölkəni tərk edənlərin 45%-i bakalavr, 37%-i isə magistr və ya doktorantura səviyyəsinə sahib şəxslərdir”.

Hesabatda ölkəni tərk edənlərin 40%-i buna əsas səbəb kimi ümumi siyasi iqlimi, 33%-i siyasi haqların çatışmazlığını, 32%-i problemli iqtisadi situasiyani, 29%-i siyasi təqibləri, 26%-i işsizliyi, 24%-i isə təhsil keyfiyyətini göstəriblər. Şuranın ekspertlərinin fikrincə, Kreml ölkəni tərk edənlərə hər cür imkan yaradır ki, hökumətdən narazı olanların sayını ölkə daxilində azaltsın.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler