» » ABŞ Rusiyanı şoka salacaq -

ABŞ Rusiyanı şoka salacaq - Müharibə anonsu kimi açıqlama

Bölmə: Dünya
ABŞ Rusiyanı şoka salacaq -




ABŞ Rusiya iqtisadiyyatını şoka salacaq sanksiyalar tətbiq edə bilər.

Publika.az xəbər verir ki, bunu rusiyalı iqtisadçı Aleksey Kudrin deyib.

Paytaxt Moskvada jurnalistlərə açıqlama verən iqtisadçı hazırda Rusiya iqtisadiyyatının ABŞ-ın sanksiyalarına uyğunlaşdığını dilə gətirib:

“Lakin gələ biləcək yeni sanksiyalar Rusiya iqtisadiyyatında şok effekti yaradacaq və yeni adaptasiyalara məcbur edəcək. Ötən il Rusiya şirkətlərinə qarşı tətbiq edilən sanksiyalar yalnız bazara deyil, sərmayəçilərə də təsir göstərdi. Bu, şokedici təsir deyildi, amma sanksiyalar və iqtisadi inkişaf baxımından kifayət qədər yaxşı deyilik. İnkişaf faizlərini artırmaq üçün müəyyən etdiyimiz hədəflərə çatmaq çətinləşir”.

Qeyd edək ki, ABŞ Senatına ötən həftə Rusiyanın banklarını, enerji sektorunu və dövlət borclarını hədəf alan yeni sanksiyalarla bağlı qanun layihəsi təqdim edilib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler