» » Dünya tikan üstündədir:

Dünya tikan üstündədir: ABŞ Tehrana hücum edərsə...

Bölmə: Dünya
Dünya tikan üstündədir:




İsrailin baş naziri Benyamin Netanyahu İrandan gələn "ABŞ bizə hücum edərsə, biz də Təl-Əviv və Hayfanı yer üzündən silərik” açıqlamasına reaksiya verib.

Baş nazir bu təhdidə elə təhdidlə cavab verib.



Netanyahu bildirib ki, İran buna cəhd edərsə, bu, onların qeyd etdiyi son inqilab bayramı ola bilər: "İrandan gələn təhdidləri gözardı etmirik. Qorxmuruq da. Əgər bu rejim (İran) Təl-Əviv və Hayfanı yox etməyi sınamaq xətası buraxarsa ki, bunu bacarmaz – bu, onların son bayramı ola bilər. Bunu da nəzərə almalıdırlar”.

Qeyd edək ki, İslam İnqilab Keşikçiləri Korpusunun komandirlərindən olan Yadulla Cavani İRNA agentliyinə verdiyi açıqlamada "ABŞ bizə hücum edərsə, biz də Təl-Əviv və Hayfanı yer üzündən silərik” sözlərini demişdi.

Xatırladaq ki, İslam inqilabının 40-cı ildönümünü qeyd edən İran ABŞ-dan da İsrailə bənzər reaksiyanı görüb./publika.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler