ABŞ “Taliban”la razılaşdıBölmə: Dünya
“ABŞ-la “Taliban” arasında sülh danışıqlarının cari il fevralın 25-də başlamasına dair müvəqqəti razılıq əldə edilib”. Xalqinfo.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Qətərin Xarici İşlər Nazirliyindən bildiriblər. Bildirilib ki, 6 günlük müzakirələrdən razılıq layihəsi əldə edilib. Layihədə sənəd imzalandıqdan sonra 18 ay ərzində ABŞ hərbçilərinin Əfqanıstandan çıxarılacağına dair maddə də var. Məlumata əsasən, ABŞ-ın Əfqanıstan üzrə xüsusi təmsilçisi Zalmay Xəlilzad yanvarın 26-da Qətərin paytaxtı Dohada danışıqların 6 gün sürdüyünü, müzakirələri davam etdirmək üçün Əfqanıstana gedəcəyini açıqlamışdı. “Reuters” bildirib ki, Əfqanıstan hakimiyyətinə ABŞ-la “Taliban” arasında ilkin razılıqla bağlı məlumat verilib. Razılaşma layihəsində aşağıdakı maddələr öz əksini tapıb: - ABŞ 18 ay ərazində hərbi bazası da daxil olmaqla qoşununu Əfqanıstandan çıxarır, - “Taliban” İŞİD və “Əl-Qaidə”nin Əfqanıstan ərazisinə keçməsinin, onların ABŞ-a və müttəfiqlərinə hücum etməsinin qarşısını alır, - “Taliban”a hakimiyyətdə təmsil olunmaq barədə təminat verilib, - “Taliban” Əfqanıstan ərazisindən Pakistana qarşı istifadə edilməyəcəyinə (Pakistandan olan vasitəçilər “Böyük Bəlucistan” layihəsinin bağlanmasını istəyib) təminat verməlidir. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|