» » ABŞ prezidentinin Fələstin dövlətinin yaradılması üzrə planı ortaya çıxdı

ABŞ prezidentinin Fələstin dövlətinin yaradılması üzrə planı ortaya çıxdı

Bölmə: Dünya
ABŞ prezidentinin Fələstin dövlətinin yaradılması üzrə planı ortaya çıxdı




“ABŞ prezidenti Donald Tramp tərəfindən hazırlanan Yaxın Şərq planı İordan çayının qərb sahilinin 90%-də Fələstin dövlətinin yaradılmasını və Qüdsün bölünməsini nəzərdə tutur”.

Xalqinfo.az xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə İsrailin “Reşet-13” kanalında məlumat verilib.

İnformasiyanın müəllifi Barak Davidin öz mənbəyinə istinadən bildirdiyinə görə, Donald Trampın bu planını yaxın aylarda açıqlayacağı gözlənilir.

Plana əsasən, fələstinlilər hazırda sahib olduqlarının iki qatı qədər torpaq ala biləcəklər. Lakin həm Qüdsün 3 din üçün müqəddəs sayılan məbədlərinin yerləşdiyi və ona bitişik rayonları ilə birlikdə mərkəz hissəsi, həm də şəhərin qərb bölümü İsraildə qalacaq.

Həmçinin israillilərin İordan çayının Qərb sahilində fələstinlilərdən işğal etdikləri iri məskunlaşmış əraziləri saxlamaları nəzərdə tutulur. Lakin onlar “qeyri-qanuni məskən forpostları” adlanan yerləri boşaltmaq məcburiyyətində qalacaqlar. Burada baş verən itkilər ərazi mübadiləsi yolu ilə həll ediləcək.

“Donald Trampın sülh planı İsrail üçün son iyirmi ildə təqdim olunan ən münasib variant sayılır”,-deyə Ağ Evin adını çəkilməsini istəməyən yüksək rütbəli məmuru Barak Davidə söyləyib.

“Buna rəğmən amerikalılar bütün Qərb sahilinə, habelə Şərqi Qüdsə, o cümlədən şəhərin tarixi mərkəzinə iddia edən fələstinlilərdən rədd cavabı gözləyirlər. Bundan başqa, israillilərin radikal sağ qanadı da heç Fələstin dövlətçiliyinin varlığını qəbul etmək istəmir”,- deyə xəbərdə qeyd olunur.

Telekanalın verdiyi informasiyaya görə, planı hələ bir neçə həftə öncə elan etmək istəyiblər. Lakin sonradan İsraildə aprel ayının 9-da keçiriləcək parlament seçkilərini gözləmək qərarı alınıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler